31 mart Azərbaycanlıların Soyqırımı Günüdür

   1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlıları kütləvi şəkildə vəhşicəsinə qətlə yetirmişlər.  Rəsmi mənbələrə əsasən, bu soyqırımın nəticəsində 12 minə yaxın azərbaycanlı amansızcasına öldürülmüş, on minlərlə insan itkin düşmüşdür.105 il öncə minlərlə azərbaycanlı məhz etnik və dini mənsubiyyətinə görə erməni silahlı dəstələri tərəfindən qətlə yetirilmişdir. Soyqırım qurbanlarının xatirəsini dərin hörmət və ehtiramla anırıq!

"31 Mart – Azərbaycanlıların Soyqırımı Günü" anım günü tədbiri məktəbin kitabxanasında və siniflərdə  keçirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi