Məktəbimizdə “Ekologiya və İqtisadiyyat” aylığına start verildi

“Təhsili Dəyərə Çevirək” devizi altında “Ekologiya və Sağlamlıq” istiqamətində “Ekoloji aylıqlar” layihəsi çərçivəsində 2017-ci ilin yanvar ayından etibarən Səbail rayonu 162 saylı məktəbdə “Ekologiya və İqtisadiyyat” aylığına start verilmişdir. Layihənin həyata keçirilməsini 8c sinfi öz öhdəsinə götürmüşdür. Layihə rəhbəri isə məktəbin biologiya müəllimi Elnare Memmedovadır. Elnarə müəllimə əvvəlcə uşaqları görəcəkləri işlər haqqında məlumatlandırdı və uşaqlar işə başladılar. Özlərinİ "MEP" - Məktəbin Ekoloji Patrulları adlandıran layihə iştirakçıları yanvar ayı ərzində məktəbdə istifadə olunan elektrik enerjisinə və suya qənaət etməyi, kağız tullantılarını toplamağı qarşılarına məqsəd qoydular. Onlar məktəbin təsərrüfat işləri üzrə müdir müavini Telman İbişovun köməyi ilə məktəbin sentyabr, oktyabr, noyabr, dekabr aylarında sərf etdiyi su və elektrik enerjisini cədvəl şəklində yazaraq, ayın sonunda yanvar ayının nəticələri ilə müqayisə etməyi düşünürlər. Toplanan kağız tullantılarını isə A4 vərəqləri ilə dəyişərək məktəbə hədiyyə etməyi planlaşdırırlar. "MEP"in fəaliyyətinin nəticələri haqqında əlavə məlumat verəcəyik.