Xonça yarışması

   İlimizin son çərşənbəsi yetişdi.

Bu münasibətlə məktəbimizin 4 cu sinif rəhbərləri Şeyda İbrahimova, Mədinə Səfərova, İradə Hüseynova, Leyla Məmmədli, Nuranə Fərəcova və təlim tərbiyə işləri üzrə direktor müavini Nərgiz Ələkbərovanın təşkilatçılığı ilə məktəbimizdə möhtəşəm "Xonça yarışması" tədbiri keçirildi. Tədbirdə şagirdlərimiz şifahi xalq ədəbiyyatının rəngarəng musiqi və tamaşalarını nümayiş etdirdilər. 

Novruz bayramında yazın gəlişi ilə əlaqədar keçirilən kütləvi xalq bayramı kimi bəhs edilir. 

Novruz bayramında müxtəlif oyunlar keçirilir. Bunlara atırma, halay, bənövşə, cıdır-ənzəli, Kosa-kosa və bu kimi oyunlar aid edilir. Şagirdlərimiz qurduqları bədii kompozisiyaları ilə hamının diqqətini çəkməyi bacardılar. Tədbirin sonunda məktəbin direktoru Arzu Nəzərova şagirdləri və valideynləri Novruz bayramı münasibətilə təbrik etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi