"Mənim valideynim mənim dostumdur" mövzusunda dəyirmi masa keçirildi

21.12.2016-cı il tarixdə məktəbimizdə yuxarı sinif şagirdləri üçün Konstitusiya Arasdırmaları Fondunun "İncsənət Sosial Inkişafda vasitə kimi" layihəsi cərcivəsində çəkilmiş "Öpülməyən saçlar" qısametrajlı filmi nümayiş etdirildi. Film "Mənim valideynim mənim dostumdur" şüarı altinda çəkilmişdir. Təşəbbüskarlar Baki Dovlət Universiteti ve Azərbaycan Xarici Dillər Universitetinin tələbələri Nurşan Həşimova, Bəsti Babaşaova və Rəvanə Ibrahimovadır. Filmdə əsas məqsəd uşaqların bir şəxsiyyət kimu formalaşmasında ailənin rolu, eyni zamanda peşə seçimində valideyn-uşaq münasibətləri, düzgün yonləndirmə və s. əsas məqsəd kimi götürülmüşdür.Layihənin koordinatoru Nailə İsmayılova məlumat verərək bildirdi ki, bu layihəni həyata kecirərkən fondun tərəfdaşı MitOst alman təşkilatı olmuşdur. Layihe Azərbaycanda rəsmi olaraq geydiyyatdan keşmişdir."Öpülməyən saçlar" filmi məktəblərdə nümayiş ücün nəzərdə tutulmuşdur, çünki məktəb şagirdin şəxsiyyət kimi formalasmasinda bilavasitə böyük rol oynayir. Bu prosesdə məktəb-valideyn-şagird əməkdasliği önəmlidir ve belə diskussiyalar cox pozitiv nəticələr verə bilər. Filmin nümayişindən sonra Nailə xanım şagirdlərlə diskussiya apararaq, onların fikirlərini və filmdə əks olunan hadisələrə münasibətini öyrəndi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi