Zəlzələdən necə qorunmalı?

     Bu hadisə həm tektonik proseslər, həm də partlayış, dağlarda yeraltı sürüşmələrlə müşayiət olunaraq baş verir. Seysmologiya elminin öyrəndiyi zəlzələlər nəticəsində yerin üst qatı formasını dəyişə, güclü yeraltı təkanlar evləri və tikililəri uçura bilər, sunami və yer sürüşmələri əmələ gətirərək, nəticədə xeyli insanın ölümünə səbəb ola bilər.
Zəlzələ 12 ballıq rixter şkalası ilə ölçülür. Şkalada göstərilən rəqəm nə qədər yüksək olarsa, zəlzələnin törətdiyi fəsadlar da bir o qədər çox olar.

Əsas problemlərdən biri də insanların zəlzələ baş verən zaman davranış qaydalarını düzgün bilməmələridir. Yaxud da əksər hallarda yanlış qərar verməlidirlər. Zəlzələlər zamanı insan tələfatı, itki çoxluğu bina və konstruksiyaların uçması, mebellərin və interyerin başqa komponentlərinin davamsızlığı ilə əlaqədardır.
Ümumiyyətlə, zəlzələ anında necə davranmaq lazımdır?

Hər bir insan evdə, işdə, kinoda, teatrda, nəqliyyatda və küçədə olan zaman özünü necə aparmaq qaydalarını, eləcə də edə biləcəyi və etməli olduğu hərəkətləri bilməlidir. Hazırlıq işlərinin bir necə gün ərzində aparılması qeyri-mümkündür. Lakin bu istiqamətdə atılan hər bir addım çox vacibdir.

Zəlzələyə hazırlıq mərhələsində bütün ailə üzvlərinin iştirakı ilə yığıncaq keçirilməli, zəlzələdən əvvəl aparılacaq hazırlıqlar, zəlzələ vaxtı və ondan sonra görüləcək işlər müzakirə olunmalıdır. Bu zaman mənzilin hər bir otağı nəzərdən keçirilməli və zəlzələ zamanı hansı əşyaların uçaraq, aşaraq və ya sürüşüb düşərək, təhlükə yarada biləcəyi müəyyən edilməlidir. Ailə üzvlərinin yatdığı, yemək yediyi və işlədiyi otaqlar nəzərdən keçirilməli, görülməli işlər siyahıya alınmalı və yarana biləcək təhlükə əvvəlcədən tam aradan qaldırılmalıdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi