BÖYÜK SUMMATİV QİYMƏTLƏNDİRMƏ

Yanvarın 17-də məktəbdə VIII siniflərdə 2022-2023-cü tədris ilinin birinci yarımili üzrə böyük summativ qiymətləndirmə keçirilib.
Onu da qeyd edək ki, təhsilalanların məktəbdaxili qiymətləndirilməsi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının 28 dekabr 2018-ci il tarixli 8/1 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılması Qaydası” ilə tənzimlənib.
Summativ qiymətləndirmələr məktəb rəhbərliyinin nəzarəti ilə keçirilir.