Sudan qənaətli və səmərəli istifadə

      Müasir dünyada əsas qlobal problemlərdən biri mövcud ehtiyatları əhəmiyyətli dərəcədə azaldan şirin suyun çirklənməsidir. Bu çirklənmənin bir sıra səbəbləri var. Əhalinin sayının artması, sənayenin və kənd təsərrüfatının inkişafı ilə şirin suya ehtiyac kəskin şəkildə artır. Son onilliklərdə dünyanın bir çox bölgəsində su çatışmazlığı hiss olunur. Su ehtiyatlarının kəmiyyətcə və keyfiyyətcə tükənməsi prosesi gedir, bu da keyfiyyətsiz suyun istifadəsi ilə əlaqədar əhalinin xəstəlik hallarının artmasına səbəb olur və iqtisadiyyatın, o cümlədən kənd təsərrüfatının su tələb edən sənaye sahələrinin inkişafında səbəb olur.BMT-nin Baş Assambleyası 1993-cü ildə 22 mart tarixini Ümumdünya Su Günü elan edib və həmin ildən etibarən hər il 22 mart tarixi Ümumdünya Su Günü kimi qeyd olunur. Suyun məişət, ərzaq, səhiyyə, iqtisadiyyat və təbii mühitimizin bütövlüyü üçün böyük və kompleks dəyəri var. Suyun həqiqi dəyərini başa düşmək, bu tükənən resursu bəşəriyyət naminə qorumaq və səmərəli istifadə etmək lazımdır.Qloballaşmanın  nəticəsi olaraq iqlim dəyişiklikləri su ehtiyatlarına çox ciddi təsir göstərir. Azərbaycanda su ehtiyatları ilə bağlı problemlərin həlli istiqamətində ölkə rəhbərliyi tərəfindən mühüm tədbirlər görülür. Davamlı sosial-iqtisadi inkişafda su ehtiyatlarının istifadə və mühafizəsi məsələsinin əsas rol oynayır.

•Respublikamızda su təhlükəsizliyi strateji əhəmiyyətli məsələ olaraq, ərzaq təhlükəsizliyinin əsas şərtlərindən biridir. Buna görə də ölkəmizdə aqrar layihələrin və proqramların həyata keçirilməsində bu amil önəmli rol oynayır. 
Xatırladaq ki, Azərbaycanda il ərzində suyun 60-70 faizi kənd təsərrüfatının, 20-25 faizi sənayenin, qalan hissəsi isə təsərrüfat və içməli su tələbatının ödənilməsinə sərf edilir. Bu isə su ehtiyatlarının gücləndirilməsi və ondan səmərəli istifadənin diqqət mərkəzində saxlanılması zərurətini önə çəkir. 

   Prezident İlham Əliyev həyata keçirilən meliorativ tədbirlər haqqında danışarkən deyib: “Bu gün dünyada daha çox neft-qaz resursları uğrunda mübarizə aparılır və xoşbəxtlikdən Azərbaycan bu resurslardan, xalqın rifahı, ölkənin inkişafı naminə səmərəli şəkildə istifadə edir. Amma vaxt gələcək su resursları uğrunda mübarizə daha da kəskinləşəcəkdir. Biz artıq bu mübarizənin təzahürlərini görməkdəyik. Belə olan halda su təhlükəsizliyi Azərbaycanda tam şəkildə təmin edilməlidir”.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi