Tullantıların çeşidlənməsi ilə bağlı təbliğat işinin həyata keçirilməsi

     Bakıda lazımsız əşyalardan, məişət tullantılarından istifadə olunaraq hazırlanmış sənət əsərlərinin təqdim olunduğu IV Beynəlxalq “Tullantıdan Sənətə” sərgisi keçirilir.•Sərginin məqsədi tullantılara dəyər qazandırmaq, onlarla rəftarda məsuliyyətli yanaşmanı təbliğ etməkdir. Bu gün Bakıda tullantılar təkrar istehsal üçün xammal kimi istifadə olunur, həmçinin tərkibindəki enerji bərpa olunaraq elektrik əldə edilr. “Tullantıdan Sənətə” sərgisi isə tullantı materiallarından hətta üçüncü məqsədlə - incəsənətdə istifadə etməyin mümkünlüyünü göstərərək onun dəyərini bir daha xatırlatmış olur. Tullantıların lazımsız əşyalar toplusu olmadığını, hətta onlardan sənət əsərləri yaratmağın mümkün olduğunu sərgi əyani formada sübut edir.Sahəsinin böyüklüyünə və yanından keçənləri “valeh etdiyi” üfunətinə görə dillər əzbəri olan məşhur Balaxanı zibilliyini “Təmiz şəhər” kollektivi tarixə qovuşdurub.Azərbaycanda nəinki tullantılardan əsərlər yaradılır, hətta həmin əsərlərin təqdim olunduğu muzey də var. Bu müasir sənət muzeyi ölkənin ən qədim yaşayış məskənlərindən biri olan Qala qəsəbəsində yerləşir. Muzeyə gedən yolda səliqə ilə düzülmüş mavi-yaşıl tullantı konteynerləri diqqətimizi çəkir. Çeşidlənmə prosesisini asanlaşdırmaq üçün quraşdırılan bu zibil qabları qida və qeyri-qida tullantıları üçün nəzərdə tutulub.

"Sənətkarların əsərləri ilə yanaşı konsepsiyaları da çox maraqlıdır. Onlar deyir ki, insan illər sonra korladığı təbiət möhtac qalır, ondan yardım istəyir. Tullantıya düzgün yanaşdıqda bəşəriyyəti xilas etmək mümkün olduğu kimi, səhv istifa edildikdə isə o, insan həyatını məhv edən bir xəstəliyə çevrilə bilər. Biz tullantıların xammal, enerji funksiyaları ilə yanaşı incəsənət faktorunu da qabartmaq qərarına gəldik”.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi