15 sentyabr - Bilik Günü

Xalqımız elmi, biliyi yüksək qiymətləndirmiş, öz övladlarının savadlanması üçün əllərindən gələn səyi əsirgəməmişdir. Azərbaycan elminin tarixində Nəsirəddin Tusi, Bəhmənyar, Abbasqulu Ağa Bakıxanov, Mirzə Kazım bəy, Yusif Məmmədəliyev kimi yüzlərlə alim və filosovlar olmuşdur ki, onlar dünya elminin inkişafına öz töhfələrini vermişlər.
Bakı şəhəri 162 nömrəli tam orta məktəbdə "15 sentyabr - Bilik Günü" qeyd edildi. İlk dərs - "Qarabağ Azərbaycandır" mövzusuna həsr edildi. Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Yeni tədris ili münasibətilə müəllim, şagird və valideyn kollektivini təbrik edir, uğurlar arzulayırıq.