2022-2023-cü tədris ili üçün Pedaqoji Şuranın ilk iclası keçirildi

    14 sentyabr 2022-ci il tarixində Bakı şəhəri Etibar Əliyev adına 162 nömrəli tam orta məktəbdə 2022-2023-cü tədris ili üçün Pedaqoji Şuranın ilk iclası keçirildi. İclas Azərbaycan Respublikasının Dövlət Himni ilə başlandı, sonra şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Məktəbin direktoru Arzu Nəzərova iclası açıq elan etdikdən sonra yeni katib və sədr seçildi. Ötən tədris ilində tam orta və ümumi orta təhsil səviyyəsi üzrə məzunların buraxılış imtahanında göstərdiyi nəticələr tərbiyə işləri üzrə direktor müavini Zahirə Allahmanlı müəllim tərəfindən təqdim olundu.

   İclasda eyni zamanda yeni tədris ilində şagirdlərin məktəbli formaları müzakirə olundu. Məktəb rəhbərliyi tərəfindən məktəbli formaların məcburi olmaması məsələsi bir daha nəzərə çatdırıldı. Hərbi rəhbər Sarvan Şirinov müəllim şagirdlərin vətənpərvərlik ruhunda tərbiyələnməsində məktəbin rolu barədə nitq söylədi. Bu istiqamətdə bərabər əməkdaşlığın əhəmiyyətinə toxunuldu. İclasda ötən tədris ilində görülmüş işlər, ibtidai sinif müəllimlərinin sertifikasiya imtahanında iştirakı, dərs bölgüsü, iş rejimi, siniflərin növbəsi, fənn aylıqları, siniflərin texniki avadanlıqlarla təchiz olunması və bir çox başqa məsələlər haqqında danışıldı.

Pedaqoji Şura müəllimlərin müzakirə olunan məsələlərə münasibət bildirməsi ilə başa çatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi