İnternet resurslarının təlim prosesində səmərəli rolu

İnternet resurslarından səmərəli istifadə etməklə müəllim və şagirdlər internetdə araşdırma apara, kitab oxuya, video hazırlaya və ya qeydlər apara, şəkil çəkə, proqramlaşdırma ilə məşğul ola bilər, virtual laboratoriyalardan istifadə edərək müxtəlif təcrübələrə cəlb oluna, vulkanın daxilində baş verən prosesi yaxından izləyə, atomdakı elektronların sayını dəyişə bilərlər. İnternet resurslarının öyrənmə vasitəsi kimi əlçatanlığını, realda mümkün olmayan bir çox təcrübə və prosesləri nümayiş etdirmə imkanının olmasını, şagirdləri müşahidə və emprik əsaslı öyrənməyə cəlb etməsini, şagirdlərin texnologiyaya olan maraqlarını və s. nəzərə alsaq, bu bacarıqların müəllimlər üçün nə qədər zəruri olduğunu müşahidə edə bilərik.
Məktəbimizin müəllimləri "İnternet resurslarının təlim prosesində səmərəli rolu" təliminə qoşulub.İnternet tamhüquqlu təhsil və şəxsiyyətin formalaşması üçün unikal imkanlar təqdim edir. O, təkcə təhsil məlumatlarının demək olar ki, tükənməz mənbəyi deyil, həm də onun axtarışı, işlənməsi, təqdimatı üçün bir vasitə, alət kimi çıxış edir. İnternet şagirdin aktiv intellektual və kommunikativ fəaliyyətinin, onun yaradıcılığını reallaşdırmasının unikal mənbəyidir, bunun nəticəsində o, lazımi bilik, bacarıq və vərdişlərə yiyələnmək imkanı əldə edir.