Ceyhun Hacıbəylinin 125 illik yubileyinə həsr olunmuş dərslər keçirilir

BŞTİ-nin "Ceyhun Hacıbəylinin 125 illik yubileyinin keçirilməsi haqqında" tədbirlər planına əsasən, Səbail rayonu 162 saylı məktəbin 4c sinfində sinif rəhbəri Svetlana Müseyibovanın təşəbbüsü ilə müzakirə-dərs keçirilmişdir. "Ceyhun Hacıbəyli haqqında nə bilirik" mövzusunda təqdimatla çıxış edən Svetlana Müseyibovanın fikirlərinə qoşulan şagirdləri görkəmli yurddaşımızın mühacirlik həyatından, redaktor, publisist və jurnalistlik fəaliyyətindən maraqlı məqamlara toxunmuşlar.