15 noyabr tarixində məktəbimizdə 17 noyabr-Dirçəliş gününə həsr olunmuş tədbir təşkil olundu

15.11.2016-cı il tarixdə məktəbimizin tarix müəllimi Gülbəniz Abbasovanın təşəbbüsü ilə 17 noyabr - milli dirçəliş gününə həsr olunmuş tədbir keçirildi.Tədbiri Sevic xanım açaraq öz çıxışında qeyd edi ki; "1988-ci ilin noyabrın 17-də Bakının əsas meydanı sayılan Azadlıq meydanında Sovet dövlətinin xalqımıza qarşı apardığı antiazərbaycan siyasətinə etiraz əlaməti olaraq Azərbaycan ictimaiyyətinin sonu bilinməyən mitinqi başlandı. O, vaxt bütün xalq bir yumruq kimi düyünlənmişdi. Bu, əsl xalq hərəkatı, milli azadlıq hərəkatı idi. Dekabrın əvvəllərində sovet qoşunları tərəfindən ümumxalq mitinqi dağıdıldı. Azərbaycanda bu hadisələr milli azadlıq hərəkatı kimi qiymətləndirilir və Vətənimizin istiqlaliyyət qazanmasında əsas amil sayılır."Daha sonra müəllimlər bu günlə bağlı öz fikirlərini ifadə etdilər. Tədbir şagirdlərin ifasında səslənən şeirlər və tarixi məlumatlarla dava etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi