15 İyun Azərbaycan xalqının Milli Qurtuluş Günüdür

Milli qurtuluş fəlsəfəsi sözün geniş mənasında Azərbaycanın mövcudluğunu, onun ən böyük tarixi nailiyyəti olan müstəqilliyini təmin etdi.
15 İyun Azərbaycan dövlətçiliyinin xilas günüdür. Ulu öndər Heydər Əliyev böyük xilaskarlıq missiyası ilə müstəqilliyimizi qoruyaraq bugünkü Azərbaycanı bizlərə ərməğan etdi.
Qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini unutmur və 15 İyun - Milli Qurtuluş Gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edir.
Milli Qurtuluş Gününüz mübarək!