Tarix dərsi

Azərbaycan Xalq Cumhuriyyətinin 104 illiyi münasibətilə məktəbimizn tarix müəllimi Gülbəniz Abbasova nümunəvi dərs keçdi.
Ümummilli lider Heydər Əliyev 1998-ci ildə Cümhuriyyətin 80 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə nitqində deyirdi: “Azərbaycan Xalq Cümhuriyyətinin yaranması bizim vaxtilə itirilmiş dövlətçiliyimizi bərpa etdi... Xalqımızın tarixində ilk dəfə demokratik prinsiplər əsasında müstəqil Azərbaycan dövlətinin, hökumətinin yaranmasının əsasını qoydu. Biz bu gün iftixar hissi ilə deyə bilərik ki, bütün çətinliklərə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti yaşamış, fəaliyyət göstərmiş və iki il müddətində çox böyük işlər görmüş, Azərbaycanın müstəqil gələcəyinin əsasını qoymuşdur”.
Xalq Cümhuriyyətinin varisi olaraq ümummilli lider Heydər Əliyev tərəfindən qurulan və möhkəmləndirilən müstəqil, demokratik Azərbaycan Respublikası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir inkişaf dövrünü yaşayır, Ulu Öndərin dövlətçilik ideyaları uğurla həyata keçirilərək ictimai-siyasi həyatımızın bütün sahələrində yüksək nailiyyətlər qazanılır, müasir tariximizin yeni, şanlı səhifələri yazılır.