"Təbiəti qoruyanlar" adlı layihə

Bakı şəhəri üzrə Təhsil İdarəsinin 18.04.2022-ci il tarixli F-138 nömrəli əmrinə əsasən Yaşıl layihə: "Təbiəti qoruyanlar" adlı layihə həyata keçirilir. Layihənin həyata keçirilməsi üçün məktəbdə bir sıra tədbirlər təşkil olunmuşdur. Təbiəti qorumaq hər bir insanın başlıca vəzifəsi və borcudur. Vətənimizin zəngin təbiəti, fauna və florasını qorumaq məhz bizim övladlıq borcumuzdur. Bu gün hər bir Azərbaycan övladı ətraf mühitə qoruyucu nəzərlərlə baxmalı, təbiətdən zövq almalı, ana yurdun təbiətinin keşiyində dayanmalıdır.
Bütün bunları nəzərə alaraq məhz təbiətin oyandığı bu günlərdə məktəbin biologiya müəllimi Leyla Mehdiyeva tədris etdiyi 8,9 -cu siniflərdə şagirdlərin diqqətini bu mövzuya çəkərək , onlarla dəyirmi masa keçirmiş, maarifləndirici söhbətlər, müzakirələr aparmış və şagirdlərlə birlikdə Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstutunda ekskursiyada olmuşlar. Şagirdlər Azərbaycanın faunası haqqında zəngin biliklər əldə etdikdən sonra məktəbin dəhlizində yerləşən eko dəhlizdə 3d printer vasitəsilə müxtəlif heyvan və həşəratları çap edərək ağacı canlandırmişlar.