IX "Gənc xilasedici və yanğınsöndürən" respublika yarışı

Azərbaycan Respublikası Təhsil, Fövqəladə Hallar, Gənclər və İdman nazirliklərinin birgə razılaşmasına əsasən, Fövqəladə Hallar Nazirliyinin 28 aprel 2022-ci il tarixli 030 nömrəli əmri ilə uşaq və gənclər arasında IX "Gənc xilasedici və yanğınsöndürən" respublika yarışı Təşkilat komitəsi tərəfindən təşkil edildi. Bu yarışda məktəbimizin şagirdləri hərbi rəhbər S.Şirinovun rəhbərliyi ilə iştirak etdilər.