Azərbaycan Dövlət Akademik Musiqili Teatrda

162 nömrəli məktəbin şagirdləri öncədən hazırlanmış plan əsasında istirahət günlərini səmərəli keçirdilər. Beləki, 2 "l" sinfi müəllim Lyusiya Kamalova ilə birlikdə Azərbaycan Dövlət Akademik Musiqili Teatrda "Qirmizi papaq" tamaşasını izləmişlər . Uşaqlar teatrdan böyük təəssüratlarla qayıtmışlar. Bakıda fəaliyyət göstərən “Vətən” uşaq teatr studiyası ilə Akademik Musiqili Teatrın birgə layihəsi olan bu tamaşanın musiqi tərtibatçısı Tural Məmmədli, səhnə tərtibatçısı və geyim üzrə rəssamı Nərminə Vəliyeva, rəqslərin quruluşçusu Akademik Musiqili Teatrın xoreoqrafı, Əməkdar artist Nigar Şahmuradova, qrim rəssamı Aybəniz Hüseynova, tamaşanın rejissor assistenti Prezident mükafatçısı Əmrah Dadaşovdur.
Səhnə əsərinin baş qəhrəmanları “Vətən” studiyasının üzvləri Adelya Osmanova (Redmuzi) və Əzizə Həsənzadədir (Qırmızı papaq).