İdman həftəsi

Məktəbimizdə idman həftəsi davam edir. Şagirdlərdə idmana olan marağın artırılması, sağlam həyat tərzinin təbliği məqsədi ilə fiziki tərbiyə müəllimləri Ramilə müəllim və Aida müəllimin təşkilatçılığı ilə VI siniflər arasında idman yarışı keçirildi. Şagirdlər arasında iki komanda yaradıldı. Komandalara "Səbail" və "XXl əsr" adları verildi.