STEAM -la ilk tanışlıq

STEAM dərsləri 6-cı sinifdən başlayaraq tədris olunur. Ancaq 1-ci siniflərdə oxuyan kiçikyaşlı məktəblilərdə erkən yaşdan yaradıcılıq vərdişlərinin formalaşması böyük əhəmiyyət kəsb edir. Səbinə müəllimin şagirdləri elektrik mühəndisliyi, sərbəst layihələrin yaradılması, tinkering kimi sahələrdə özlərini tez tapa bilirlər. Səbinə müəllim öz şagirdlərilə məktəbimizin STEAM otağında qonaq olub. Müəllim deyir ki, yuxarı siniflərdə şagirdləri daha dərin yaradıcılıq işləri həyata keçirəcək, elm və texnikanın vəhdəti ilə möcüzələr yaradacaqlar. İstedadlı şagirdlərimizlə fəxr edəcəyik.