"Şuşa ili" sərgisi

Şuşa tarixən Azərbaycanın olub, Azərbaycanındır və əbədiyyətə qədər də torpağımızın müqəddəs bir guşəsi - Azərbaycan şəhəri kimi qalacaq.
Bu gün biz tarixin “Şuşa ilində” yaşayırıq. Nə xoşbəxtik ki, Şuşanın 270 illiyini özümüz qeyd edirik. Təkcə müqəddəs şəhərimizi deyil, onun tarixini də yadelli işğalçıların əlindən qurtarmışıq.
Şuşa öz övladlarınındır. Şuşa bizimdir və sonsuza qədər belə olacaq!
Məktəbimizdə şagirdlərin əl əməyi bacarığı ilə sərgi təşkil olunub. Sərgini məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Nərgiz Ələkbərova təşkil edib.