Şəhid Ağayev Cavidanın ailəsini ziyarət etdik

   Ramazan bayramı münasibətilə şəhid məzunumuz Ağayev Cavidanın ailəsini ziyarət etdik.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Cavidan Ağayev 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin  "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə idi. Azərbaycan Ordusunun  əsgəri olan Cavidan Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan  işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibısində  savaşıb. Cavidan Ağayev Ağdam  Xocavənd istiqamətdə şəhid olub. oktyabrın 2 də  Bakı şəhəri Badamdar qəbiristanlığında dəfn olunub. Azərbaycanın  ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavidan Ağayev ölümündən sonra  "Vətən uğrunda" medalı ilə təltif edildi.

 Azərbaycan Xocavənd rayonu işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin  24.06.2021-ci il tarixli Sərəncamına əsasən Cavidan Ağayev ​ölümündən sonra " Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi