“OXU GÜNÜ” KEÇİRİLİB

        Azərbaycan Respublikası Təhsil Nazirliyinin 04 aprel 2019-cu il tarixli F-103 nömrəli əmrinə əsasən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil müəssisələrində 19-23 aprel 2022-ci il tarixlərində "Oxu günü" çərçivəsində məktəbdaxili tədbirlərin keçirilməsinə start verilmişdir. Bu məqsədlə 22 aprel 2022-ci il tarixində məktəbimizin kitabxanasında "Gənc kitabsevərlər"adlı tədbir keçirildi. Tədbirdə kitabxana müdirimiz N.Muradova insanın şəxsiyyət olaraq formalaşmasında, mənəvi kamilləşməsində kitabların müstəsna rolundan bəhs etdi. Şagirdlərimiz oxuduqları kitablardan danışaraq müzakirələr apardılar. Sonda kitabxanamızın fəal üzvlərinə kitab hədiyyələrimiz oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi