Reproduktiv sağlamlıq

    19.04.2022-ci il tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyi və Səhiyyə Nazirliyinin birgə təşkil etdiyi ,,Ümidli gələcək " sosial ictimai birliyi təşkilatının təşəbbüsü ilə  məktəbimizin 6 və 7-ci siniflərdə məktəbin  psixoloqları  Süleymanlı L. və Lətifli S.   ,,Reproduktiv sağlamlıq"la bağlı şagirdlərlə söhbət aparıldı.Təlimin məqsədi yetkinlik yaşına çatmış qızları reproduktiv sağlamlığın bütün komponentləri ilə tanış etmək və sağlam həyat tərzi haqqında məlumatlandırmaqdır. Təlim zamanı  yeniyetmə  şagirdlərə reproduktiv sağlamlıq barədə daha geniş məlumatlar verilməklə yanaşı bu məsələnin mənəvi dəyərləri xüsusilə vurğulandı, reproduktiv sağlamlıq haqqında maarifləndirici video yazı nümayiş olundu. Sonda mövzu  ilə  bağlı şagirdlərin  fikirləri dinlənildi, sualları cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi