Bakıda “Run for Art” beynəlxalq foto sərgisi

    Aprelin 6-da Beynəlxalq Muğam Mərkəzində “Run for Art” beynəlxalq foto müsabiqəsinin finalçılarının sərgisinin açılış mərasimi baş tutub. “Run for Art” beynəlxalq foto müsabiqəsində beyzbol və softbol kateqoriyasında Tetsu Çi-Çinqli (Tayvan), karate kateqoriyasında Gökhan Taner (Türkiyə), skeytbordinq kateqoriyasında Maks Danlap (ABŞ), qayalara dırmanma kateqoriyasında Culia Kasu (Fransa), sörfinq kateqoriyasında isə Ris Beyts (Avstraliya) birinci yerə layiq görülüblər. Nəriman Babayev (Azərbaycan) “Gənc karateçilərin yarışının açılışında nümayiş etdirdikləri fənd hərəkətləri” fotoşəkli isə üçüncü yeri tutub. Həvəskar fotoqraf Bayram Musayev (Azərbaycan) isə skeytbordinq kateqoriyasının finalçılarından biridir.

Açılş mərasimində iştirak edən Gökhan Taner, Culia Kasu, Nəriman Babayev və Bayram Musayev mükafatlandırılıb. Məktəbimizin şagirdləri də bu müsabiqə sərgisində iştirak etdilər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi