Novruz bayramı ərəfəsində şəhid ailələri ziyarət olundu

           Bu gün şəhid ailələrinə göstərilən diqqət yetişməkdə olan gənc nəslin vətənpərvər tərbiyəsinə bir töhfədir. Bayram tədbirləri çərçivəsində şagirdlərimiz  Şəhidlərimizi yad etdilər, şagirdlər şəhid ailə üzvlərini çərşənbə bayramında ziyarət etdilər. Şəhid ailə üzvləri ilə görüşlərdə şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib, barələrində xoş təəssüratlar danışılıb.
Vurğulanıb ki, şəhidlərimizin xatirəsi bizim üçün hər zaman əzizdir. Şəhidlik zirvəsinə ucalan qəhrəmanların keçdikləri şərəfli ömür yolu gələcək nəsillər üçün örnəkdir. Qeyd edilib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsini və adını uca tutmaq, əbədiləşdirmək, onların yaxınlarına, doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərmək hər birimizin vətəndaşlıq borcudur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi