Bahar çələngi

     Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 1 mart 2022-ci il tarixli F-85 nömrəli əmri ilə təsdiq edilmiş "Bahar çələngi " layihəsinin icrası ilə bağlı Tədbirlər Planının 4.1 bəndinə əsasən məktəbdə  "Novruz adətləri " adlı bayram günü təşkil olundu.  Milli şirniyyatımız olan şəkərburanın hazırlanma qaydası şagirdlərə öyrədildi. Şagirdlər xüsusi həvəslə şirniyyatın hazırlanma qaydasını öyrənərək tətbiq etdilər. Şagirdlərə Novruz bayramı adətlərindən danışıldı, ədəbi-bədii kompozisiyalar təşkil edildi. Məktəbin istedadlı şagirdlərinin ifasında milli adət-ənənələrini özündə əks etdirən kompozisiya nümayiş olundu,  səmənilər cücərdildi, Bayram tonqalı yandırıldı. Şəhidlərimiz yad edildi, şagirdlər şəhid ailə üzvlərini çərşənbə bayramında ziyarət etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi