"Bahar Çələngi" STEAM dərsi

Ay səməni, saxla məni, ildə cücərdərəm səni.
STEAM dərsi - elmi araşdırma.
STEAM dərsində “Bahar Çələngi” adlı açıq dərs keçirildi. Açıq dərsdə şagirdlər mühəndislik istedadlarını, 3D printer və 3D qələmlərlə işləyərək hazırladıqları əşyaları, CNC və Dron qurğuları haqqında biliklərini, Payton proqramlaşdırma dilində hazırladıqları layihələri, PowerPoint və Tinkercad proqramında yığdıqları təqdimatları və digər bilik və bacarıqlarını nümayiş etdirdilər. “Bahar çələngi” layihəsi çərçivəsində keçirilən tədbirlərdə, dərslərdə şagirdlərə xalqımızın qədim tarixini əks etdirən, milli adət və ənənələrimizi özündə birləşdirən Novruz bayramının tarixi, ilaxır çərşənbələrinin mahiyyəti, Novruz atributları haqqında geniş məlumat verilir.