Mina təhlükəsizliyi

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük gərgin döyüşlərlə işğal altında olan torpaqlarımız azad olundu. Məcburi koçkün düşmüş vətəndaşlarımız tezliklə öz doğma torpaqlarına qayıdacaqlar. Lakin düşmən azad olunmuş ərazilərə minlərlə mina , çoxlu sayda partlamamış hərbi sursatlar basdırmış ki, bu da əhali üçün ciddi təhlükə yaradır.
Bütün bunları nəzərə alaraq Azərbaycan Respublikasının təhsil naziri “Təhsil müəssisələrinin müəllim-şagird (tələbə) heyətinin partalayış təhlükəsinə qarşı maarifləndirilməsi barədə metodiki tövsiyələr”in təsdiq edilməsi haqqında müvafiq əmr imzalayıb.
X a sinfində də Çağırışaqədərki hazırlıq rəhbəri, I Vətən müharibəsinin iştirakçısı Sarvan Şirinov “Diqqət! Mina!” mövzusunda növbəti nümunəvi dərsi dinlənilib. Müəllim əyani vəsaitlər, slayd və videoçarxlar vasitəsilə şagirdlərə minaların xarakteristikası, insanlara vura biləcəyi zərərlər haqqında məlumat verib. Bununla yanaşı düşmən tərəfindən hərbçilərə və mülki vətəndaşlara qarşı istifadə olunan minalar haqqında danışaraq, qurulan, insanların, xüsusən uşaqların diqqətini cəlb edəcək oyuncaq xarakterli minalar, onların hansı yollarla tanınmasının mümkün olması, həmin partlayıcı vasitələrdən qorunmaq üçün hansı addımların atılmasının vacibliyi haqqında şagirdlər məlumatlandırılıb.