26 fevral Xocalı - 30

     Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımından 30 il ötür. 26 fevral Xocalı faciəsinin 30-cu ildönümü ilə əlaqədar 162 nömrəli tam orta məktəbdə silsilə tədbirlər həyata keçirilmişdir. Dərslər, disputlar, müzakirələr, rəsm və esse müsabiqəsi, sərgi və ədəbi-bədii tədbir ,təqdimatlar təşkil olunmuşdur. Xocalı yaramız bu faciənin 30-cu ildömümü ərəfəsində Xocalının azad olması ilə qaysaq bağlayıb. Xocalı düşmən tapdağından qurtulsa da, şəhid qanı ilə doymuş bu torpaq bu dağı, bu müsibəti heç vaxt unutmayacaq. Bizlər də unutmayacağıq. Gənclərimizə, gələcək nəsillərimizə də unutdurmayacağıq. Məhz elə bu səbəbdən təhsil ocaqlarımızda o cümlədən 162 nömrəli məktəbdə keçirilən STEAM dərsi  bu mövzuya həsr olunmuşdur. Sinif otaqlarında bu mövzuda divar qəzetlərinin hazırlanması, məktəbin foyesində uşaqların çəkdikləri rəsmlərdən təşkil edilmiş sərgi bu səpkidə görülən işlər sərgilənmişdir.

https://youtu.be/8dhSSlruSgQ

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi