Şuşada dalğalanan qüdrətli bayrağımız

    “Ey mavi göylərin ay ulduzlu bəzəyi!, Bacılarımızın gəlinliyi, şəhidlərimizin son örtüyü, işıq-işıq , dalğa- dalğa bayrağım! Sənin dastanını oxudum, sənin dastanını yazacam…”

    Ey cümhuriyyətdən yola çıxan, Fətəli Xan Xoyski ilə millətimizi salamlayan, Ulu öndər Heydər Əliyevlə dünyada tanınan, Ali Baş komandan, sərkərdə Heydər oğlu İlhamla Qarabağda dalğalanan üç rəngli, ay ulduzlu qəhrəmanlıq dastanı- Azərbaycan Bayrağı! Bayramın mübarək!
Bəşər tarixinin ən qədim və ən fəzilətli hisslərindən biri şübhəsiz vətən, millət və bayraq sevgisidir. Tarix boyu vətənimiz xalqımızın canından belə əziz bildiyi yeganə müqəddəs sərvəti olmuşdur. Millətimiz yaşadığı müxtəlif coğrafiyaları milli kimlik, mədəniyyət və sivilizasiya dəyərləri ilə, yeddidən yetmişə insanları arasında qurduğu sevgi və ruhla birliyi ilə vətənləşdirmişdir. Vətən və millət sevgisi xalqımız üçün sarsılmaz bir inama çevrilmişdi. Bu baxımdan milli kimliyimiz və mədəniyyətimizin ayrılmaz bir hissəsi olan bayrağımız həmrəyliyimizin və müstəqilliyimizin ən mənalı və vacib elementi olmuşdur. Ulu öndər Heydər Əliyev deyirdi: “Azərbaycanın bayrağı sadəcə bayraq deyil. O bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Gərək hər bir evdə Azərbaycan dövlətinin bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin. Bu bayraq gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun”.

6-cı sinif şagirdləri STEAM dərsində tinkercad dizayn proqramı vasitəsilə Şuşaya aid maketlər dizayn etdilər.

https://youtu.be/NxXs4K9oC2U

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi