Kimya ilə rənglərin ahəngi -STEAM dərsi

              Kainat və onda mövcud olan canlı və cansız aləmlər, kimyəvi, fiziki, bioloji proseslərin həm əsasını həm də açıqlaması elmə əsaslanır. Bizi əhatə edən ətraf aləmi və onda baş verən hadisələri dərk etməmiz üçün müxtəlif elmi araşdırmalar aparılması məhz elmə əsaslanır. Elmi tərəqqi svilizasiyaların yaranması və müasir cəmiyyətin formalaşması ilə nəticələndi. Elm - obyektiv, sistemli və əsaslandırılmış biliklərin əldə edilməsinə, dəqiqləşdirilməsinə və yayılmasına yönəlmiş insan fəaliyyəti növüdür. Bu fəaliyyətin əsasını elmi faktların toplanması, onların daim yenilənməsi və sistemləşdirilməsi, tənqidi analizi və bu əsasda elmi biliklərin toplanması təşkil edir. Elm təkcə müşahidə edilən təbiət və ictimai halları təsvir etmir, həm də onların əlaqələrini tapır və nəticəni müəyyən edə bilir. Elm yarandığı gündən insanların əmək məhsuldarlığının artırılması və bunun sayəsində onun həyat şəraitinin yaxşılaşdırılmasına xidmət etmişdir. Ənənəvi olaraq elm dedikdə daha çox fundamental təbiət elmləri (natural science) nəzərdə tutulur. Təbiət elmlərinin əsası kimi elmdə təbiət elmləri – təbiət hadisələri haqqında elm götürülür. Qədim dövrlər və orta əsrlərdə ətraf mühit sadə müşahidə və təsvir yolu ilə öyrənilirdi. Yeni dövrün əvvəllərində təbiətin təsvirlə öyrənilməsi elmi izahla öyrənilməsi ilə əvəz edildi.

STEAM dərsində müəllim Ülkər Səfərova  şagirdlər ilə  təcrübələr aparmış.

Təcrübə 1: Natrium karbonat və kalsium xlorid qarışır və suda həll olmayan, onu bulanıq edən ağ kalsium karbonat hissəciklərini əmələ gətirir. Qarışığa limon turşusu əlavə etdikdən sonra ağ hissəciklər həll olur və nəticədə məhlul şəffaflaşır.

Təcrübə 2: Qırmızıbaş kələm şirəsi məhlulu qələvi mühitli natrium karbonatla qarışdıqda bənövşəyi rəng göy rəngə çevrilir. Qırmızıbaş kələm şirəsi məhlulu lumon turşusu ilə qarışdıqda bənövşəyi rəng qırmızı rəngə çevrilir. İki müxtəlif mühitli məhlullar qarışdıqda isə turş və qələvi mühit itdiyinə görə məhlul yenidən bənövşəyi rəng alır.

Təcrübə 3: Qırmızıbaş kələm şirəsi məhlulunun sıxlığı bitki yağının sıxlığından çoxdur. Bu səbəbdən o bitki yağında dərinə enir. Qırmızıbaş kələm şirəsi məhlulunun sıxlığı həmçinin suyun sıxlığından da çox olduğuna görə meduzaya bənzər şəkildə suyun dərinliyinə enəcək.

https://www.facebook.com/100004722665476/videos/985356195432999/

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi