Molekulyar əlifba

      İnsanlar fərqli barmaq izinə səbəb olan fərqli genotipə malikdir. Hər bir barmaq izi özünəməxsusdur. Barmaq izi barmaqlarda sürtünməni artırır və bu səbəbdən hər hansı bir əşyanı tutmaq daha da asanlaşır. Barmaq izləri insan təkamülünün təbii nəticəsidir. Barmaq izi sensoru kilidini ilk dəfə olaraq “Apple” patentləşdirib. Barmaq izi skanı ilə təchiz edilmiş ilk smartfonlardan biri 5 yanvar 2011-ci ildə təqdim edilmiş “Motorola Atrix” olmuşdur. Bəs niyə məhz barmaq izi? Qeyd etdiyimiz kimi insan barmaqlarının uc bölgəsi bioloji cəhətdən özünəməxsusdur. Bioloji cəhətdən bənzərsiz olduğu üçün heç bir insanın barmaq izi başqası ilə eyni deyil. Bu bizə unikal şifrələmə metodu verir. Barmaqlarınızın ucundakı izlər biometrik xəritəyə bənzəyir. Barmaq izi oxuma cihazları bu boşluqlar və çıxıntılar arasındakı məsafəni və barmaq izimizdəki nöqtələrin mövqelərini nəzərə alaraq unikal şifrələmə alqoritmini yaradır. Cihaz barmaq izini oxuduqda yaddaşda saxlanılan digər barmaq izləri qeydlərinə baxır və uyğunlaşdırma prosesini həyata keçirir. Məhz buna görə hər insanda individual olan barmaq izinin istifadə olunması daha məqsədəuyğun hesab edilir.

STEAM dərsində şagirdlər elmi məlumatlar aldıqdan sonra DNT zəncirini əmələ gətirən nukleotidlərin formasını araşdırıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi