Vətən şəhidləri heç vaxt unutmayacaq!

Məktəbimizdə 20 Yanvar faciəsinin otuz ikinci ildönümü ilə əlaqədar “20 Yanvar-Azadlığa gedən yolun zirvəsi”, “Vətən şəhidləri heç vaxt unutmayacaq!”, “Ağla qərənfil!” STEAM dərsi, “Tariximizin şanlı səhifəsi” və digər mövzularda dərslər və “Dəyirmi masa”lar təşkil edilib.
Şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirlərdə Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələri barədə geniş söhbət açılıb.
Qeyd olunub ki, 20 Yanvar hadisələri öz azadlığına, müstəqilliyinə can atan xalqımızın mübarizliyini, əyilməzliyini, məğrurluğunu təcəssüm etdirir. Azərbaycan xalqının tarixinə unudulmaz qəhrəmanlıq səhifəsi kimi yazılan 20 Yanvar faciəsinin təkcə ildönümlərində yox, hər zaman xatırlanması şagirdlərə tövsiyə edilib.
Şagirdlər 20 Yanvar hadisələrinə həsr edilmiş şeirlər, bayatılar söyləyib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.