Məktəbəhazırlıq kurslarının məşğələlərinə start verildi

3 oktyabr tarixində məktəbimizdə məktəbəhazırlıq kurslarına start verildi. Belə ki, direktor Sevinc xanım və təlim-tərbiyə işləri üzrə direktor müavini Tünzalə Mikayılova valideynləri bu gün münasibəti ilə təbrik etdilər, uşaqlara uğurlar arzuladılar. Daha sonra Sevinc xanım məşğələlərdə iştirak edəcək hər bir uşagı siyahı üzrə yoxlayıb məktəbə qəbul etdi. Uşaqları məktəbə qəbul edəndən sonra akt zalında valideynlərlə bu kurslarda dərs deyəcək müəllimlərin görüşü təşkil edildi. Müəllimlər valideynləri təlimatla tanış etdilər. Bütün bunlardan sonra uşaqlar müəllimlərin rəhbərliyi ilə onlara ayrılmış sinif otaqlarına aparılaraq dərslərə başlandı.Təlimata əsasən məşğələlərimiz saat həftədə 4 gün hər gün 3 məşgələ saatı olmaqla aparılır. (başlama vaxtı saat 14:00)
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi