Pedaqoji Şuranın iclası

29 dekabr 2021-ci il tarixində Bakı şəhəri 162 nömrəli tam orta məktəbdə pedaqoji şuranın onlayn iclası keçirildi. İclasda məktəblilərin vətənpərvərlik tərbiyəsi istiqamətində işlərin görülməsi və digər mövzular ətrafında müzakirələr aparıldı.
Bütün bunlarla yanaşı, pandemiya dövründə müəllim-şagird-valideyn münasibətlərinin düzgün tənzimlənməsi, kütləvi tədbirlərin keçirilməməsi, sosial məsafənin gözlənilməsi, təhsilverənlərin maskalardan, üz sipəri və digər qoruyucu vasitələrdən istifadəsi, şəxsi gigiyena qaydalarına ciddi riayət edilməsinin vacibliyi bir daha qeyd olunub.
İclasın sonunda məktəbin direktoru Arzu Nəzərova müəllimləri qarşıdan gələn yeni 2022-ci il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik etdi. Hamıya sağlamlıq, xoşbəxtlik, müvəffəqiyyət və əmin-amanlıq arzuladı.