15 sentyabr 2016-cı il tarixdə məktəbdə "BİLİK GÜNÜ" adlı bayram tədbiri keçirildi

15 sentyabr 2016-cı il tarixdə məktəbdə "BİLİK GÜNÜ" adlı bayram tədbiri keçirildi. Tədbiri giriş sözü ilə məktəbin direktoru Sevinc Abbasova açdı.Birinci sinfə qədəm qoyan balacaları, eləcə də bütün şagirdləri, müəllim və valideynləri bu bilik günü münasibəti ilə təbrik etdi, onlara uğurlu il arzuladı. Şagirdlər müxtəlif .eir və mahnılarla çıxış etdilər. Tədbirdə eyni zamanda təlim-tərbiyə işləri üzrə direktor müavini Tünzalə Mikayılova, təşkilatçı müavin Lalə Məhərrəmova, psixoloq Sənubər Cabbarova və valideynlər çıxış edərək öz ürək sözlərini söylədilər. 2016-2017-ci tədris ili üzrə 685 balla tələbə adını qazanmış Mehriban Atakişiyeva öz çıxışında onbirincilərə tövsiyyələrini verdi.Daha sonra məktəbin akt zalında birincilər üçün xüsusi bayram şənliyi təşkil olundu.