Microbit, pianino layihəsi

    7-ci sinif şagirdləri STEAM dərsində Afət müəllimin köməyi ilə öz pianolarını mikrobit vasitəsilə kodlaşdırıblar. Əyləncəli və yaradıcı dərsdən zövq alan şagirdlər musiqi elmi ilə bağlı maraqlı faktları  da araşdırıblar.

Musiqi — səsli bədii obrazlara gerçəklikdə əks etdirən, insanın psixikasına fəal təsir edən incəsənətin növlərindən biridir. Ümumi musiqi terminləri italyan dilindən götürülmüşdür. Musiqidə 7 not var: do, re‚ mi, fa, sol, lya, si. Notlar birbirinə paralel olan beş xətdən istifadə yolu ilə tərtib olunmuş not işarələrindən əlavə latın hərfləri ilə də ayrı-ayrı səslər qeydə alınır. Məsələn, C - "do" notunu, D - "re" notunu, Cis - "do diyez" notunu, B - "si bemol" notunu, H - "si" notunu ifadə edir. Lakin əlifba hərfləri qeydə alınan ayrı-ayrı musiqi səslərinin ölçüsünü, yəni hər səsin ayrılıqda nə qədər uzadılmasının lazım gəldiyini göstərmir. Piano — simli və klavişli çalğı aləti. Onun adı italyan dilindən keçmişdir, mənası piano — "sakit" deməkdir. Pianoda səsləri kiçik çəkiciklər zərbə ilə tellərə dəyərək yaradırlar. Onlara qüvvə dəstəkləri basmaqla xüsusi mexanzimin köməyi ilə ötürülür

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi