9-cu siniflərdə onlayn valideyn iclası keçirildi

     Valideyin iclasları məktəblə valideyin arasında əməkdaşlığın  əsasıdır.Vaxtaşırı və ya dövrü olaraq keçirilir. Burada təlim-tərbiyə prosesinin vəziyyəti, onun inkişaf etdirilməsi yolları, məktəblə valideyinlər arasında əməkdaşlığın perespektiv (yaxın müddətə ) və strateji (uzun müddətli) istiqamətləri müəyyənləşdirilir eyni zamanda da keçmiş dövr üçün uğurlar,görülmüş işlər, nöqsanlar müzakirə olunur, təhlillər aparılır......

Bu gün valideyin iclasları ilə bağlı  real vəziyyət  təhsil işçilərini və valideyinləri ciddi düşündürməlidir.

     Sinif valideyin iclasları həm valideyinlər, həm də həmin sinifdə tədrislə məşğul olan digər pedaqoqlar üçün həm də yaranmış hər hansı bir problemin  (ayrı-ayrı şagirdlərin təlim-tərbiyəsi ilə və ya ayrı-ayrı müəllimlərlə) müzakirəsi,araşdırılması üçün əvəzsiz toplantıdır. Eni zamanda məktəb rəhbərliyi,psixoloq ,məktəb həkimi üçün də analız və təhlilərin valideyinlərlə müzakirəsi üçün əlverişli məqamdır.

  İclasda məktəbin direktoru Arzu Nəzərova, direktor müavinləri Zahirə müəllim və İlahə müəllim, 9-cu sinif rəhbərləri Bilurə müəllim, Vüsalə müəllim,  Zemfira müəllim çıxış  etdilər.

     Valideynlərdən R. Ağabalayeva, N.Ələkbərova çıxış etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi