STEAM dərsləri

STEAM tədris metodu ad olaraq yeni olsa da, təhsil sahəsində yeni bir yanaşma deyil. Əksər peşələr birdən artıq fənn/sahə üzrə bilik tələb etdiyindən orta əsrlərdən etibarən ali təhsil verən müəssisələrdə fənlər əlaqəli olaraq tədris edilməyə çalışılırdı. İnteqrasiyalı təhsil yüksək peşəkarlıq tələb etdiyindən yalnız XX əsrin 80-ci illərində qabaqcıl ölkələrdə tətbiq edilməyə başlandı. STEM-i əsas populyarlaşdıran isə 2009-cu ildə ABŞ-ın STEM təhsil formasını strategiya kimi qəbul edib bu sahəyə böyük investisiya qoyması ilə başladı. Nəticədə qeyd olunan sahə üzrə elmi tətqiqatların və məhsulların sayı artdı və böyük kütlələr üçün əlçatan oldu.
Məktəbimizdə də bu dərslər şagirdlər tərəfindən çox sevilir. Dərslər maraqlı,əyləncəli və məhsul yönümlüdür.