Şuşada dalğalanan qüdrətli bayrağım

Ulu öndər Heydər Əliyevlə dünyada tanınan, Ali Baş komandan, sərkərdə Heydər oğlu İlhamla Qarabağda dalğalanan üç rəngli, ay ulduzlu qəhrəmanlıq dastanı- Azərbaycan Bayrağı! Bayramın mübarək!
Bəşər tarixinin ən qədim və ən fəzilətli hisslərindən biri şübhəsiz vətən, millət və bayraq sevgisidir. Tarix boyu vətənimiz xalqımızın canından belə əziz bildiyi yeganə müqəddəs sərvəti olmuşdur. Millətimiz yaşadığı müxtəlif coğrafiyaları milli kimlik, mədəniyyət və sivilizasiya dəyərləri ilə, yeddidən yetmişə insanları arasında qurduğu sevgi və ruhla birliyi ilə vətənləşdirmişdir. Vətən və millət sevgisi xalqımız üçün sarsılmaz bir inama çevrilmişdi. Bu baxımdan milli kimliyimiz və mədəniyyətimizin ayrılmaz bir hissəsi olan bayrağımız həmrəyliyimizin və müstəqilliyimizin ən mənalı və vacib elementi olmuşdur. Ulu öndər Heydər Əliyev deyirdi: “Azərbaycanın bayrağı sadəcə bayraq deyil. O bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir.
Zəfər günü və Bayraq bayramı münasibətilə məktəb kitabxanasında 6 ç,5 e sinif şagirdləri ilə birgə tədbir keçirildi.Tədbiri məktəbin kitabxana müdiri Nəzakət Muradova açdı. Tədbirdə iştirak edən Azərbaycan dili və ədəbiyyatı müəllimi Bilurə Tağıyeva,Tünzalə Mikayılova iştirak etmişlər və şagirdlərə söyləmişdilər: “Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır! O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq. Eşq olsun, Azərbaycan bayrağına! Yaşasın, Azərbaycan!” Şagirdlərin hazırladığı bədii kompazisiya və şeirlərlə tədbir davam etmişdir.