Mamırların çoxalması və əhəmiyyəti

Mamırların təbiətdə və insan həyatında rolu.
Mamırlar torpağın üzərini örtərək ora havanın keçməsini çətinləşdirir. Bu isə torpağın turşulaş-
masına və bataqlıqlaşmasına səbəb olur. Sfaqnumun çürüməsi nəticəsində torf əmələ gəlir.
Torfdan insanlar yanacaq, gübrə və xalq təsərrüfa-
tında xammal kimi istifadə edirlər. Ondan, həmçinin, ağac spirti, plastmas, izolyasiya materialı
qətran və digər qiymətli məhsullar alınır. Qıjıkimilər ali sporlu bitkilərə aiddir.
Qədim rəvayətə görə, qıjı ildə bir dəfə çiçək açır.
İnsanlar meşələri gəzərək çiçəkləyən qıjı axtarırdılar. İnanırdılar ki, onun çiçəyini görən xəzinə
tapıb dövlətli və xoşbəxt olacaq. Bu, ona görə rəvayət adlanır ki, əslində, qıjı heç vaxt çiçək açmır.
7-ci sinif Biologiya dərsi müəllim Ülkər Səfərovanın maraqlı dərsi.