Aşıq Ələsgər yaradıcılığı

        Aşıq Ələsgər zəngin yaradıcılığı ilə Azərbaycan aşıq ədəbiyyatının barlı-bəhərli əbədiyyət ağacıdır. Zaman-zaman nəsillər bu ağacı ziyarət edəcək, Aşıq Ələsgərin söz dünyasından nübar sözlər, misralar, fikirlər dərəcək, Ələsgər möcüzəsi yenə də bitib-tükənməyəcək.
        XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycan aşıq ədəbiyyatında Aşıq Ələsgər möcüzəsi ilə sazın, sözün yeni ömrü başladı. “Haqq aşığı” ifadəsi Dədə Ələsgərin simasında yenidən dirilib gerçəkləşdi.
   1821-ci ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olan Ələsgəri atası Alməmməd kişi böyük külfətini dolandıra bilmədiyindən 14 yaşında Kərbəlayı Qurban adlı bir varlıya nökər verir. Ələsgər 4 il Kərbəlayı Qurbanın həyətində nökərçilik edir. Ələsgər Kərbəlayı Qurbanın qızı Səhnəbanuya aşiq olsa da, bu sevda baş tutmur.
   İllər keçir, Ələsgər nakam məhəbbətin ağrı-acısını yaşayır, uzun illər ilk məhəbbətini unuda bilmir, çətinliklərdən, sınaqlardan keçə-keçə sazla-sözün qovuşduğu dəryaya can atır. Dövrünün qüdrətli sənətkarı Aşıq Alı onun gələcək taleyini büsbütün dəyişir. Fitri istedadı, kəskin hafizəsi, şəxsiyyəti, nəcibliyi ilə hər kəsdən seçilən Ələsgər beş il Aşıq Alıya şəyirdlik edir, saz dünyasının sirlərinə bələd olur, sirlər qapısını açıb, ustadlıq mərtəbəsinə yetişir.
    Aşıq Ələsgərə sazı sinəsinə sıxıb bədahətən şeirlər deyər, həmsöhbət olduğu adamların fikrini “oxuyar”, baş verəcək hadisələri əvvəlcədən xəbər verərdi. Yuxuda Ələsgərə badə verilməsi haqqında söz-söhbətlər isə bitib-tükənməz, xalq onu “haqq aşığı” çağırardı.

5-ci sinif şagirdləri Böyük sənətkar Aşıq Ələsgərin həyat və yaradıcılıq yolu haqqında geniş məlumatlar verib,əsərlərindən parçalar söylənilib.Daha sonra  böyük sənətkarın həyatı ilə bağlı faktlar araşdırılaraq tədbir iştirakçılarına məlumat verilib.Konfransda Ələsgərin yaradıcılıq yolunu əks etdirən videoçarxlar nümayiş olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi