Beynəlxalq Məktəb Kitabxanaları Günü

         Beynəlxalq Məktəb Kitabxanaları Günü 1999-cu ildə YUNESKO-nun təşəbbüsü ilə təsis edilmişdir. Ötən illərdə olduğu kimi bu il də  bizim məktəb kitabxanası oktyabr ayının 21-də “Beynəlxalq Məktəb Kitabxanaları Günü”nü qeyd etməyə başladı. Kitabxana müdiri Nəzakət Muradova, UBR Tünzalə Əhmədova ay ərzində şagirdlərin məktəb kitabxanasına ekskursiyalarının təşkil olunması üçün plan hazırladılar. Əsasən V  siniflərin kitabxana ilə tanışlığı başladı.

        Əvvəlcə şagirdlərə məktəb kitabxanası, onun fondu haqqında məlumatlar verildi. Sonra kitabxana və kitabların yaranması, kitab çapı, zəmanəmizədək bu kitabxanaların keçdiyi inkişaf yolu barədə danışıldı. Qədim və müasir kitabxanalar, dünyanın ən böyük və qeyri-adi kitabxanaları haqqında bilgilər şagirdlərin diqqətinə çatdırıldı.

       “Kitabxana Günü”nə həsr olunmuş ekskursiya və tədbirdə iştirak edən  məktəb direktoru Arzu Nəzərova kitablar haqqında şagirdlərin hazırladıqları şeirlərə görə onlara təşəkkür edərək həmişə kitabdan faydalanmağı  tövsiyə etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi