Raketin sürəti

   STEAM dərsləri maraqla davam edir. Şagirdlər başqa fənlərdən əldə etdikləri elmi bilikləri bu dərsdə tətbiq edir, layihə təqdimatı edir, prototip hazırlayır və onu test edirlər. Növbəti dərsdə şagirdlər raket maketləri qurublar. Şagirdlər araşdırma apararaq öyrəndilər ki, yüksək təcil tələb olunduğundan raketlərdə mühərrik kimi kimyəvi üsulla işləyən reaktiv mühərriklərdən istifadə olunur. Bu mühərriklərdə maye, bərk və ya hibrid raket yanacaqları geniş yayılmışdır. Yanacaq ilə oksidləşdirici arasında kimyəvi reaksiya yanacaq kamerasında baş verir. Nəticədə yanan qaz xaricə püskürdülən reaktiv şırnaq yaradır. Bu axın ucluqların köməyi ilə daha da gücləndirilir və raketdən xaric edilr. Qaz soplodan çıxması nəticəsində raketi irəli aparan itələyici qüvvə yaranır.  Təsvir olunan kimyəvi üsulla işləyən raket mühərriki kosmosa uçuş zamanı lazım olan yüksək sürəti yaratmaq üçün tətbiq edilir. Layihə işləyən vaxt  şagird və müəllimlərimiz sıx əməkdaşlıq edirlər. Birlikdə işləyirik, öyrənirik, bölüşürük, sevinirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi