STEAM dərsləri

Mobil telefonlar artıq həyatımızın bir parçasına çevrilib. Müasir telefonlardan artıq yalnızca danışmaq və əlaqə saxlamaq üçün istifadə edilmir.Onlar bir çox funksiyaları ilə işlərimizdə bizim köməkçilərimizdir. Evdə,işdə,avtomobildə,məktəbdə,gəzərkən,idman edərkən və s yerlərdə mobil telefondan istifadə etmək zərurəti yaranır.Bəzi zamanlarda gördüyümüz işdən asılı olaraq mobil telefonu əldə saxlayaraq ondan istifadə etmək çətin olur. Bu səbədən mobil telefonlardan istifadəni rahatlaşdırmaq üçün tutucu dəstəklərdən (Holder) isifadə edilir. Şagirdlərimiz STEAM dərslərində öz telefonları üçün tutucu dəstək düzəldib çapa verdilər.
3-cü modulun sonu və STEAM dərsinin məhsulları 3D printerlərdə çap olundu.