Pedaqoji Şuranın iclası

Müəssisənin direktoru Arzu Nəzərova Pedaqoji Şuranın iclasını açıq elan edərək 2021-2022 -ci tədris ilində müəllimləri yeni tədris ilinin açılması münasibətilə təbrik etdi və müəllimlərə bu tədris ilində uğurlar arzuladı. Direktor çıxışında qeyd etdi ki, "məlumdur ki, məktəbin idarə edilməsində təkcə təşkilatçıların-məktəb rəhbərlərinin iştirakı kifayət deyildir. Bu işdə kollegial orqanların yaxından iştirakı vacibdir. Əlbəttə, onların idarəetmə fəaliyyəti məktəb rəhbərlərinin təşkilatçılıq fəaliyyətindən təcrid oluna bilməz.Ona görə də kollegial orqanların təşkilatçılıq funksiyası idarəetmə kollegiallıq və təkbaşçılığın vəhdəti prinsipi zəminində həyata keçirilməlidir."
Pedaqoji Şura iclaslarında zəruri hesab edilən digər məsələlər də müzakirə olundu.