"Azərtac"ın internet səhifəsində məktəbimizdə yaradılan"Kiçik akademiya" ilə bağlı yazı dərc olunub.

http://azertag.az/xeber/162_nomreli_mektebde_Kichik_akademiya_achilib-957023#.V1ERGduS2K8.facebookBakı, 2 iyun, AZƏRTACAzərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gənc Alim və Mütəxəssislər Şurası elmlə təhsilin vəhdətinin yaradılması siyasətinə uyğun olaraq fəaliyyətini genişləndirməkdədir. Bu qurum orta məktəblərdə elmin təbliği və populyarlaşdırılması məqsədilə “Bu günün şagirdi, sabahın alimi” layihəsini həyat keçirir.Şuradan AZƏRTAC-a bildiriblər ki, layihə çərçivəsində Səbail rayonundakı Etibar Əliyev adına 162 nömrəli orta məktəbdə “Kiçik akademiya”nın açılışına həsr olunan tədbir keçirilib.Məktəbin direktoru Sevinc Abbasova təhsil müəssisəsi barədə məlumat verib, “Kiçik akademiya”nın məqsəd və fəaliyyətindən, perspektivlərindən danışıb.Kimya üzrə fəlsəfə doktoru Əfsun Sucayev təmsil olunduğu qurum tərəfindən qısa müddətdə elmin təbliği, elmlə təhsilin vəhdətinin yaradılması istiqamətində reallaşdırılan layihələrdən söz açıb, 162 nömrəli məktəbdə fəaliyyətə başlayan “Kiçik akademiya”nın əhəmiyyətini qeyd edib.Tədbirdə “Kiçik akademiya”nın əsasnaməsi, marşı və loqosu təsdiqlənib.© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdırAddThis Sharing ButtonsMÜƏLLİFLƏ ƏLAQƏ