"Kiçik akademiya"nın yaradılması ilə bağlı tədbir keşirildi.

31 martda məktəbimizdə Kiçik akademiya yaradılması ilə bağlı təqdimat keçirildi. Görüşdə Təhsil Şurasının sədri professor Əjdər Ağayev və akademik Əhməd Qəşəmoğlu, AMEA-nın "Gənc alim və mütəxəssislər Şurası"nın üzvləri - k.f.d. Əfsun Sucayev, Faiq Məmmədov, t.f.d. Bəxtiyarr Cəlilov, 6№-li Bakı Peşə məktəbinin direktor müavini İsmayılov Fərhad, məktəbin şagird və müəllim kollektivi və eləcə də valideynlər iştirak etdilər. Direktor Sevinc Abbasova məktəb haqda məlumat verdi, "Kiçik akademiya"nın məqsəd və fəaliyyətindən, perspektivliyindən danışdı.Tədbirdə "Kiçik akademiya"nın əsasnaməsi, marşı və loqosu təsdiqləndi. Bundan əlavə, "Kiçik akademiya"nın bölmələri və bu bölmələrə rəhbərlik edəcək müəllimlərin adları açıqlandı. Valideyn və şagirdlər onları maraqlandıran suallara cavab aldılar.