Müəllimlər mükafatlandırıldı

Təhsil alanların gələcək peşə seçimində məktəblərin rolu artmalıdır. Bu ildən bütün ölkəni əhatə edən təmayülləşmə buna xidmət edir. Təmayülləşmə yeni yanaşmaların, fərqli öyrənmə mühitinin bərqərar olması, pedaqoji prosesin şagirdlərin meyl və maraqlarına uyğun qurulması üçün müəllimlərə əlverişli imkan yaradır. Məktəbin direktoru Arzu Nəzərova öz çıxışında qeyd etdi ki, bu imkanı real nəticələrə çevirmək üçün müəllimlərin üzərinə mühüm vəzifələr düşür.